Mərkəzi Avropa Təşəbbüsü
Mərkəzi Avropa Təşəbbüsü — 1989-cu ildə Budapeştdə yaradılan və 18 dövlətin üzv olduğu Mərkəzi Şərqi və Cənub-Şərqi Avropa dövlətlərini özündə birləşdirən regional forumdur. CEİ regionda olan ən qədim və ən geniş regional təşəbbüs forumudur. CEİ regionda olan ən qədim və ən geniş regional təşəbbüs formudur. Bu foruma Albaniya, Avstriya, Belarus, Bosniya və Herseqovina, Bolqarıstan, Çexiya, Xorvatiya, Macarıstan, İtaliya, Makedoniya, Moldova ,Monteneqro, Polşa, Rumıniya, Serbiya, Slovakiya, Sloveniya və Ukrayna daxildir. Forumun əsas məqsədi müxtəlif siyasi istiqamətli ölkələr və iqtisadi strukturlar arasında əlaqə yaratmaq birgə maraq kəsb edən sahələrdə nailiyyətlər əldə etməkdir. Forumun əsas əməkdaşlıq sahələri iqlim dəyişikləri , ətraf mühit və enerji təhlükəsizliyi, turizmin, insan resuslarının, informasiya və cəmiyyətinin inkşafı mədəniyyətlərarası əməkdaşlıq, elm texnika, kənd təsərrüfatı sahəsində davamlı əməkdaşlıq regionlararası və sərhəd əməkdaşlığını gücləndirmək.